Çin Yer orbitində qurduğu "Tiengong" Kosmik Stansiyasına 6-cı təchizat ekspedisiyasına başlayıb.
525.az xəbər verir ki, Çin İnsanlı Kosmos Ekspedisiyaları Agentliyindən (CMSA) verilən açıqlamada "Tiencou-7" yük gəmisinin "Long March 7 Y8" raketi ilə Haynan adasındakı Vinçang Kosmik Kosmik Atış Mərkəzindən buraxıldığı bildirilib. Kosmik gəmi buraxıldıqdan 10 dəqiqə sonra planlaşdırılan orbital mövqeyinə çatıb və kosmik stansiyada lövbər salmağa başlayıb.
Təchizat ekspedisiyası 2023-cü ilin oktyabrında kosmik stansiyaya göndərilən taikonavt komandasının ehtiyaclarını ödəməyi hədəfləyir.
Qeyd edək ki, yük gəmisi kosmik stansiyaya 260 ədəddən ibarət 5,6 tonluq yük daşıyır.
Məhəmməd Tağıyev