|
|
|
|

Norveçin xarici işlər naziri Espen Bart Eide və Belçikanın BMT-dəki (BMT) daimi nümayəndəsi Filip Kridelka Qəzzada təcili atəşkəs elan edilməsinə çağırıb.
525.az xəbər verir ki, Eide və Kridelka Fələstin üzrə BMT Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli sessiyada çıxış ediblər. Qəzzalıların bombardmandan xilas olmadıqlarını, eyni zamanda aclıq, qeyri-kafi səhiyyə xidmətləri, dərman qıtlığı və təmiz suya çatmamaq kimi problemlərlə üzləşdiyini ifadə edən Eide, humanitar böhranın çox dərin olduğunu bildirib.
Belçikanın BMT-dəki daimi nümayəndəsi Filip Kridelka Belçika, Niderland və Lüksemburqdan ibarət Benilüks ölkələri adından etdiyi çıxışda: "Benilüks ölkələri olaraq biz Qəzzada humanitar vəziyyət və onun mülki əhaliyə, xüsusən də uşaqlara təsirindən çox narahatıq. Beynəlxalq humanitar hüquqa bütün tərəflər hörmət etməlidir", - deyib.


Məhəmməd Tağıyev



