|
|
|
|

ABŞ-də "Boeing" markalı "Delta Airlines" təyyarəsinin Atlantada havaya qalxarkən ön təkəri yerə düşüb.
525.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Atlantadakı Hartsfield-Jackson Beynəlxalq Hava Limanından Kolumbiyanın paytaxtı Boqota istiqamətində havaya qalxan "Boeing 757" tipli təyyarənin ön təkəri qəfildən yerindən çıxıb.
Təkəri yaxınlıqdakı təpəyə düşdükdən sonra 170-dən çox sərnişini daşıyan təyyarə məcburi eniş edib və hadisə nəticəsində xəsarət alan olmayıb.
Sərnişinlər başqa təyyarə ilə səyahətə davam edərkən, "Boeing" rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Məhəmməd Tağıyev



