|
|
|
|

Almaniya Ukraynaya 6 ədəd "Sea King Mk41" tipli çoxməqsədli helikopter verəcək.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Almaniya müdafiə naziri Boris Pistorius “Ramşteyn” formatında onlayn keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun 18-ci iclasında iştirak edib.
Almaniyanın bu il Ukraynaya dəstəyini artıracağı bildirilən açıqlamaya görə, Almaniya ordusunun ehtiyatlarından Ukraynaya 6 ədəd "Sea King Mk 41" tipli çoxməqsədli helikopter və ehtiyat hissələri paketi təmin etməklə yanaşı, uçuş və texniki təhsil dəstəyi də veriləcək.
Qeyd edək ki, çatdırılma 2024-cü ilin ikinci rübündən sonra mümkün olacaq.
Malik Atilay



