|
|
|
|

Slovakiyalılar Ukraynaya böyük yardım göstərməkdən beziblər, bu yalnız yoxsulluğa aparır.
525.az xəbər verir ki, bu barədə Slovakiya Parlamentinin vitse-spikeri Lubos Blaha öz "Telegram" kanalında qeyd edib.
“Ukraynalıların inciməli heç nəsi yoxdur. Slovakiya onlara böyük yardım göstərir və insanlar artıq bundan beziblər. Bu, heç bir yerə aparmır”, – deyə siyasətçi yazıb.
O, həmçinin qeyd edib ki, Slovakiyanın Baş naziri Robert Fiko Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosu haqqında danışarkən haqlıdır.
Qeyd edək ki, bundan əvvəl Slovakiya parlamentinin vitse-spikeri ölkəsində Rusiyaya qarşı ekstremist ideyalara qarşı mübarizə aparacağını deyib.
Havar Şəfiyeva



