|
|
|
|

ABŞ-nin Florida ştatının Nümayəndələr Palatası valideynlərinin razılığından asılı olmayaraq 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
525.az xəbər verir ki, Florida Nümayəndələr Palatası respublikaçı üzvlərinin təklif etdiyi, valideynlərin icazəsindən asılı olmayaraq, 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini səs verməyə çıxarıb. Belə ki, qanun layihəsi 13 "xeyr", 106 "hə" səsi ilə qəbul edilib.
Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkar edilən hesabları bağlamağı tələb edir.
Qeyd edək ki, sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida meri Ron DeSantisin təsdiqi tələb olunur.
Məhəmməd Tağıyev



