|
|
|
|

ABŞ-nin Kaliforniya ştatında avtomobili çaya düşən qadın 15 saat kömək gözlədikdən sonra xilas edilib.
525.az xəbər verir ki, Kaliforniyanın Livermor şəhərində çaya düşmüş avtomobilində sıxılmış vəziyyətdə qalan qadın helikopterlə xilas edilib. Telefonunu itirən qadın kömək çağıra bilməyib. Ərazidəki düşərgəçilər qadını təsadüfən gördükdən sonra isə qruplar köməyə gəlib.
Qeyd edək ki, helikopterlə xilas edilərək xəstəxanaya çatdırılan qadının vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Məhəmməd Tağıyev



