|
|
|
|
İranın Fars əyalətində naməlum silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə qarşı açdığı atəş nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.
525.az İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, Fars vilayətinin Neyriz rayonunda avtomobilin içərisində olan silahlı şəxslər şübhəli avtomobili saxlamaq istəyən təhlükəsizlik qüvvələrinə atəş açıb.
Hücum nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.
Qeyd edək ki, narkotik alverçiləri olduğu deyilən silahlılar hadisə yerindən qaça biliblər.
Malik Atilay