Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yük qatarına çırpıb.
Avtomobildəki sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, A.Həşimov və digər 1 sərnişin xəstəxanaya yerləşdirilib.