ABŞ qüvvələri İranın dəstəklədiyi qrupların Suriyada Fərat çayının qərb sahilindəki ABŞ bazasına raket hücumuna cavab verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın dəstəklədiyi Meyadin rayonunda yerləşən terror qruplaşmaları PKK/YPG-nin işğalı altında olan bölgədə ABŞ qüvvələrinin yerləşdirildiyi Ömər Neft Sahəsindəki bazaya ən azı 3 raket hücumu həyata keçirib.
ABŞ qüvvələri təxminən 25 kilometr uzaqlıqdakı İranın dəstəklədiyi qrupların mövqelərinə hücumla cavab verib. ABŞ hələlik hücumla bağlı açıqlama verməyib. ABŞ ordusunun Hasəkə və Deyr əz-Zordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
Qeyd edək ki, Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-nin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.
Malik Atilay