|
|
|
|

Birləşmiş Millətlər Təşkilatı (BMT) Fransanın ətraf mühit fəallarına artan müdaxiləsindən narahat olduğunu bildirib.
525.az xəbər verir ki, BMT-nin Ətraf Mühitin Mühafizəçiləri üzrə Xüsusi Məruzəçisi Mişel Forst Avropanın ətraf mühit fəallarına münasibəti ilə bağlı hesabatında Fransanın fəallara qarşı müdaxiləsindən xüsusi narahat olduqlarını bildirib. Hesabatda ətraf mühit fəallarına qarşı cərimələr, etiraz etdikləri yerlərdə 6 ay müddətində yaşayış icazələrinin ləğvi kimi tətbiqlərin geniş yayıldığına diqqət çəkilib.
Qeyd edək ki, fəalların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənildiyi, evlərində axtarış aparıldığı, polisin ekoloqlara qarşı həddindən artıq güc tətbiq etməsi də tənqid edilib.
Məhəmməd Tağıyev



