|
|
|
|

ABŞ müdafiə naziri Lloyd Ostin yanvar ayında xəstəxanaya yerləşdirildiyi barədə ABŞ prezidenti Co Bayden və digər rəsmilərə məlumat vermədiyinə görə tam məsuliyyət daşıdığını bildirib.
525.az xəbər verir ki, Ostin ictimai müzakirələrə səbəb olan xəstəxanaya yerləşdirmə prosesi ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ifadə verib.
Xəstəxanada qaldığı müddətdə Müdafiə Nazirliyinin fəaliyyətində heç bir axsaqlıq olmadığını iddia edən Ostin, bu məsələni səlahiyyətlilərə bildirmədiyi üçün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Ostin nazirliyin komandanlıq və nəzarətində heç vaxt pozulma olmadığını vurğulayaraq, müsait olmadığı vaxtlarda nazir müavininin vəzifədə olduğunu qeyd edib.
Məhəmməd Tağıyev



