|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatik Forumu çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.
525.az “Report”-a istinadən xəbər verir ki, görüş zamanı Türkiyə və Macarıstan münasibətləri, İsrailin Fələstin xalqına hücumları, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər və NATO-nun genişlənməsi prosesi müzakirə edilib.
Ərdoğanın sözlərinə görə, “Türkiyə ilə Macarıstan arasında əlaqələr bir çox sahələrdə – enerjidən nəqliyyata, iqtisadiyyatdan müdafiə sənayesinədək möhkəmlənməyə davam edəcək”.
Türkiyə lideri həmçinin bütün ölkələrin “İsrailin Qəzza zolağında soyqırım cəhdinin qarşısının alınması” öhdəliyi götürməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, Türkiyə bütün münaqişələr kontekstində sülhün tərəfdarıdır və nizamlanmasına kömək etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək.



