|
|
|
|

İsveç martın 11-də NATO-nun 32-ci üzvü kimi alyansa rəsmi olaraq qoşulacaq.
525.az İsveç mətbuatına istinadən xəbər verir ki, martın 11-də NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında İsveçin üzvlüklə bağlı rəsmi mərasimi keçiriləcək. NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılacaq. Beləliklə, İsveç alyansın 32-ci üzvü olacaq.
Qeyd edək ki, Macarıstan Milli Assambleyası fevralın 26-da İsveçin NATO-da iştirakını təsdiqləmiş və bununla da bütün müttəfiqlər üçün təsdiqləmə prosesi başa çatmışdı.
Məhəmməd Tağıyev



