|
|
|
|

Tailandda havanın çirklənməsi ilə bağlı xəstəliklərin sayının 2023-cü ildə 10,5 milyon olduğu açıqlanıb.
525.az xəbər verir ki, Tailandın Milli İqtisadi və Sosial İnkişaf Şurası (NESDC) 2023-cü ilin 4-cü rübü üçün ümumi sosial inkişaf hesabatında təkcə 2023-cü ildə 10,5 milyon insanın havanın çirklənməsi ilə bağlı xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb.
Belə ki, 2022-ci ildə 79 min 374 olan qripə yoluxma sayı, pandemiyanın bitdiyi 2023-cü ildə 478 min 175 olaraq qeyd edilib.
Qeyd edək ki, 2023-cü ilin dördüncü rübündə ümumi xəstəliklər ilə bağlı hallar 170,0 faiz artıb.
Məhəmməd Tağıyev



