|
|
|
|

Sloveniyada həbsxanalarda doluluq nisbəti insan alverçiləri hesabına 139 faizə yüksəlib.
525.az xəbər verir ki, ölkədə həbsxanalarda doluluq səviyyəsi yüksək həddə çatıb. Avropaya keçid vədi ilə qeyri-qanuni mühacirləri ölkəyə gətirən insan qaçaqmalçıları həbsxanalarda doluluq nisbətini artırıb.
Belə ki, Sloveniya Həbsxana İdarəsi 26 fevral tarixinə həbsxanalarda 1808 nəfərin olduğunu və orta doluluq nisbətinin 139 faizə yüksəldiyini açıqlayıb.
Qeyd edək ki, ölkə üzrə 850 xarici ölkə vətəndaşı insan alveri ittihamı ilə həbsdədir.
Məhəmməd Tağıyev



