|
|
|
|

Böyük Britaniya Xüsusi Hava Xidmətinin (SAS) 5 əməkdaşı Suriyadakı hərəkətlərinin müharibə cinayəti olduğu şübhəsi ilə saxlanılıb.
525.az xəbər verir ki, uzun müddətdir PKK-nın Suriya qolu SDQ-yə dəstək verdiyi bildirilən 5 SAS əsgəri müharibə cinayəti törətdikləri səbəbilə saxlanılıb. Mövzu ilə bağlı açıqlama verən Müdafiə Nazirliyinin rəsmiləri saxlanılma xəbərini təsdiqləyərək, istintaqla bağlı şərh verə bilməyəcəklərini, lakin hər bir iddianı ciddiyə aldıqlarını bildirib.
Qeyd edək ki, Amnesty İnternational-ın verdiyi açıqlamada müharibə cinayətləri ilə bağlı iddiaların ciddi şəkildə araşdırılmasının vacibliyi vurğulanıb.
Məhəmməd Tağıyev



