|
|
|
|

Odessa şəhərində Ukrayna Prezidenti Zelenskinin maşın karvanı yaxınlığında partlayış baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski ilə görüşmək üçün Odessaya gedən Yunanıstanın Baş naziri Mitsotakisin karvanı partlayış yerindən 150 metr uzaqda olub.
Bildirilib ki, Ukraynanın Odessa şəhəri Rusiya ordusunun hücumlarının hədəfi olub.
Şəhərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətinin yaxınlığında da partlayış baş verib.
Zelenski ilə görüşmək üçün Odessaya gedən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin karvanı isə partlayış yerindən 150 metr uzaqda olub.
Hücumla bağlı rəsmi açıqlama isə verilməyib.
Malik Atilay



