|
|
|
|

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi husilərin Yəmənin Ədən limanından 54 dəniz mili cənub-qərbində bir gəmiyə hücum etdiyini bildirib.
525.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
“UKMTO Yəmənin Ədən şəhərinin 54 dəniz mili cənub-qərbində insident barədə məlumat alıb. Səlahiyyətlilər araşdırma aparır”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl husilərin Ənsar Allah hərəkatı Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə zərbə endirib. Üsyançıların hərbi sözçüsü Yəhya Saria bildirib ki, hədəflər gəmi əleyhinə raketlər və pilotsuz təyyarələrlə vurulub.
Havar Şəfiyeva



