|
|
|
|

İranın cənubundakı Bəndər Abbas Neft Emalı Zavodunda baş verən partlayışda ölən və yaralananların olduğu açıqlanıb.
525.az xəbər verir ki, Hörmüzqan əyalətindəki Bəndər Abbas Neft Emalı Zavodunda partlayış olub. Zavodda yanğına səbəb olan partlayışda ölən və yaralananların olduğu bildirilib.
Qeyd edək ki, İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib və partlayışın səbəbi məlum deyil.
Məhəmməd Tağıyev



