|
|
|
|

Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalıların Rusiya ordusunun Avropaya doğru irəliləməsinə imkan vermədiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə paylaşdığı videomüraciətində xalqa müraciət edən Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.
Zelenski çıxışında bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı hava hücumlarını davam etdirir.
Ukrayna hava məkanının təhlükəsizliyini artırmaq üçün işlərini davam etdirdiklərini bildirən Zelenski: "Ukraynada daha çox hava hücumundan müdafiə sistemi olacaq, bunun üzərində aktiv şəkildə işləyirik", - deyib.
Malik Atilay



