|
|
|
|

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin keçmiş prezidenti Donald Trampın kifayət qədər əziyyət çəkdiyini bildirib.
525.az "M1" telekanalına istinadən xəbər verir ki, Orbanın sözlərinə görə, macar xalq nağıllarının qəhrəmanı kimi Tramp prezident seçkilərində qalib gələ biləcək.
Orban vurğulayıb ki, seçkilərdə qalib gəlmək onun üçün çətin başa gələcək. Siyasətçi ABŞ prezidentliyinə namizədin üzləşdiyi çətinlikləri demək olar ki, görünməmiş adlandırıb.
Havar Şəfiyeva



