|
|
|
|

Fransa Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinə seçkilərə namizəd, siyasətçi Florian Filippot Qərbin Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin bombalanmasının niyə araşdırılmadığı ilə bağlı danışıb.
525.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Filippo araşdırmanın aparılmadığını, çünki onun nəticələrinin Rusiyaya zərər verməyəcəyini bildirib. O, ABŞ və digər NATO ölkələrini qaz kəmərlərini partlatmaqda ittiham edib.
Siyasətçi xatırladıb ki, təxribatla bağlı maraqlarına toxunulsa da, hətta Fransa və Almaniya da rəsmi etiraz bildirməyib. Onun fikrincə, dövlətlər partlayışın təşkilatçıları haqqında məlumatları gizlədir.
Havar Şəfiyeva



