|
|
|
|

Bu səhər Livan ərazisindən iki ayrı hücumda İsrailə 100-ə yaxın raket atıldığı bildirilib.
525.az xəbər verir ki, İsrail ordusu gecə yarısından sonra Livanda hizbullaha aid olduğu iddia edilən iki ayrı yerə hücum edildiyini bildirib. Hədəf edilən yerlərin Beka vadisində yerləşdiyi və hizbullahın hava qüvvələrinə aid hədəflər olduğu vurğulanıb. İsrail mənbələri həmçinin səhər saatlarında Livandan İsrailin şimalına iki ayrı raket hücumu həyata keçirildiyini bildirib.
Hücumlarda 100-ə yaxın raket atıldığı qeyd edilsə də, can itkisi ilə bağlı məlumat verilməyib.
Məhəmməd Tağıyev



