|
|
|
|

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın Ukraynaya “Taurus” raketləri verməkdən imtina etməsinə münasibət bildirməsə də, alyansa üzv digər ölkələrin uzaqmənzilli raketlərin göndərilməsi qərarını təsdiqləyib.
525.az TASS-a istinadən xəbər verir ki, Stoltenberq bu bəyanatı alyansın Brüsseldəki mənzil-qərargahında İsveç bayrağının qaldırılması şərəfinə keçirilən mətbuat konfransında verib.
“Mən bəzi müttəfiqlərin uzun mənzilli sistemlər təqdim etmələrini də alqışlayıram. Lakin mən konkret sistemlər və konkret müttəfiqlər barədə şərh verməyəcəyəm”, - deyə Stoltenberq əlavə edib.
Havar Şəfiyeva



