|
|
|
|

Danimarkadakı qeyri-hökumət təşkilatları (QHT) bu ölkənin silah və hərbi texnikasının Qəzzada mülki şəxslərə qarşı istifadə edildiyini əsas gətirərək İsrailə silah ixracını dayandırmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.
525.az xəbər verir ki, Danimarkada "Oxfam Danimarka", "Al-Haq" və "Mellemfolkeligt Samvirke" qeyri-hökumət təşkilatları birgə bəyanatla çıxış ediblər. Açıqlamada QHT-lərin Danimarka Xarici İşlər Nazirliyi və polisə qarşı iddia qaldıracağı bildirilib. Belə ki, Danimarka Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Vibe Klarup İsrailin Qəzzada əsgər və ya mülki şəxs olmasından asılı olmayaraq bir çox ailəni məhv etdiyini söyləyib.
Qeyd edək ki, Beynəlxalq Amnistiya Təskilatı Danimarkanın silah ticarəti ilə bağlı beynəlxalq qətnamələri və humanitar hüququ pozduğunu bildirib.

Məhəmməd Tağıyev



