Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.
525.az APA-ya istinadən xəbər verir ki, Tacikistan Prezidenti "Crocus"da amansız, qanlı terror aktını pisləyib və terrorçuların milliyyəti, vətəni və dininin olmadığını bildirib.
Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da törədilən terror aktında şübhəli bilinərək saxlanılan şəxslərin Tacikistan Respublikasının vətəndaşı olduğu bildirilib.