Gürcüstanın Baş naziri İrakli Kobaxidze Müstəqillik Günü münasibətilə çıxışı zamanı Abxaziya və Cənubi Osetiyanı ölkənin tərkibinə qaytarmaq istədiyini açıqlayıb.
525.az APA-a istinadən xəbər verir ki, hökümət başçısı bu barədə “X” hesabında paylaşım edib.
Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır. Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır!