|
|
|
|
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərinin hava limanını atəşə tutub, hava limanı qismən dağılıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukraynananın xalq deputatı Musa Maqomedov teleqramda bildirib.
“Növbəti gözəl hava limanını dağıdıblar, bu dəfə Zaporojyedə”, – o qeyd edib.
Deputatın dərc etdiyi şəkildə hava limanının qismən dağıldığı əks olunub.
Bölgənin atəşə tutulmasından öncə Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fyodorov X-59 raketlərinin region istiqamətində buraxıldığını açıqlamışdı.
Xatırladaq ki, müharibədən öncə illik 600 mindən çox sərnişin axınına malik Zaporojye aeroportu fevralın 24-də, müharibənin ilk günündə ölkədə hava məkanının bağlanmasından sonra fəaliyyətini dayandırıb. Eyni gün işğalçı qüvvələr hava limanına zərbə endirib.