
Fransa Prezidenti Emmanuel Makron Rəfahdakı son hadisələrdən sonra dərhal atəşkəsə çağırıb.
525.az xəbər verir ki, Makron "X" sosial media platformasındakı paylaşımında, Rəfahdakı vəziyyətdən narahat olduğunu və qəzəbləndiyini bildirib.
Belə ki, hücumların dayandırılması lazım olduğunu vurğulayan Makron, Rəfahda Fələstinli mülki vətəndaşlar üçün təhlükəsiz zonanın olmadığına işarə edərək, beynəlxalq hüquqa hörmət və dərhal atəşkəsə çağırıb.
Məhəmməd Tağıyev



