
Cənubi Afrika Respublikasında seçicilər ölkədə 5 il fəaliyyət göstərəcək Milli Assambleya deputatları və əyalət qanunverici orqanlarının üzvlərini seçmək üçün səs verməyə başlayıb.
525.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da başlayan səsvermə prosesi üçün ölkə daxilində 23 min 292 seçki mərkəzində 28 milyona yaxın qeydə alınmış seçici sandıq başına gedir.
Cənubi Afrika Seçki Komissiyasının (IEC) məlumatlarına görə, Milli Assambleyada 400 yer, əyalət məclislərində isə ümumilikdə 430 yer uğrunda 14 min 889 namizəd mübarizə aparır.
Qeyri-rəsmi nəticələrin gecə yarısı, rəsmi nəticələrin isə iyunun 2-də açıqlanması gözlənilir.
Məhəmməd Tağıyev



