
Kolumbiya Prezidenti Qustavo Petro Birləşmiş Millətlər Təşkilatını (BMT) Qəzzaya sülhməramlı qüvvələr göndərmək üçün hərəkətə keçməyə çağırıb.
525.az xəbər verir ki, Prezident Petro "X" sosial media platformasındakı paylaşımında: "Qəzza zolağında BMT-nin sülhməramlı qüvvələrinə alternativ yoxdur. Kolumbiya belə bir gücün bir hissəsi olacaq", - deyə bildirib.
İsraili qınayan xəbərləri şəxsi hesabından sitat gətirən Petro, Fələstinə dəstək paylaşımları edir.
Qeyd edək ki, Kolumbiya mayın 3-də İsraillə diplomatik əlaqələri rəsmi olaraq kəsdiklərini açıqlamışdı.
Məhəmməd Tağıyev



