Ümumdünya Ətraf mühitin mühafizəsi günü ərəfəsində Astara rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə "Mübarizlər" təşkilatı, "Əkinçi" TEST İB könüllüləri və astaralı könüllülər "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, dəniz sahili ərazidə təmizlik işləri apararaq ekoaksiya keçirilib.
525.az xəbər verir ki, “Sevək Azərbaycanı" adlı tədbirdə Astara rayonun Millət vəkili Rəşad Mahmudov, Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Konsert proqramı ilə davam edən tədbirdə "Avaz 4" televiziya muğam müsabiqəsinin qalibi Duyğu Rüstəmova, Beynəlxalq festivallar iştirakçısı Kamal Dadaşov, Beynəlxalq "Xarı Bülbül" iştirakçısı Xəyyam Qasımzadə, rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə çıxış edib, yerli folklor nümunələri göstərilib.