Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlarda 12 nəfər həyatını itirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Katsina-Ala bölgəsinin müavini Conatan Aqbidye verdiyi açıqlamada, Benue əyalətinin Katsina-Ala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücumun həyata keçirildiyini bildirib.
Aqbidye hücumda 6 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını bildirib. Çoxlu adamın qaçırıldığını deyən Aqbidye silahlı şəxslərin rayon sakinlərindən ərzaq məhsulları oğurladığına diqqət çəkib.
Yerli mətbuatda yer alan xəbərlərdə Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücumda isə biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilib.
Malik Atilay