|
|
|
|
Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib, qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi paylaşılıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalıb.
2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb.
Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.
Malik Atilay