|
|
|
|
Niderland yaxın günlərdə Ukraynaya F-16 qırıcıları verəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren açıqlama yayıb.
Onun sözlərinə görə, iyunun 19-da hökumət Ukraynaya 24 ədəd F-16 qırıcısının verilməsi barədə qərar qəbul edib. "Yaxın günlərdə təyyarələrin bir hissəsi Ukraynaya çatdırılacaq", - Kaysa Ollonqren bildirib.
Qeyd edək ki, bu, Niderlandın Ukraynaya etdiyi ilk böyük yardım deyil. Hələ apreldə hökümət Ukraynaya əlavə 4.4 milyard avro maliyyə yardımı ilə bağlı qərar qəbul etmişdi.
L.Tağıyeva