
ABŞ-ın Pensilvaniya ştatından ad günü və xərçəng müalicəsinin bitməsini qeyd edən Donna Osborn böyük sürprizlə qarşılnıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, o loteriya bileti alıb və 5 milyon dollar udub.
"Hava limanında idim. Floridadakı ailəmizə baş çəkməyə gedirdik, amma uçuş gecikdi. Uçuş o qədər gecikdi ki, evə getməyə qərar verdim. Qızım qaldı və Floridaya uçdu. Əgər mən hava limanını tərk etməsəydim, heç vaxt o bileti almazdım!", Osborn deyib.
O bildirib ki, parkinqdə mükafatını görəndə şoka düşüb. Qadın Floridadakı qızına zəng edərək xəbəri ona çatdırıb: "O mənə inanmadı".
Qalib, pul mükafatı ilə nə edəcəyi ilə bağlı da danışıb: "Düşünürəm ki, əlbəttə ki, mükafatın bir hissəsini yatırım edəcəm, amma sonra Alyaskaya gedəcəm!".
Pərvanə Sultanova



