
Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd şənbə günü Pensilvaniya ştatının Batler şəhərində keçirilmiş mitinq zamanı Donald Trampa qarşı baş verən sui-qəsd cəhdindən sonra sabiq prezidentə mesaj göndərərək öz dəstək və həmrəyliyini ifadə edib.
525.az xəbər verir ki, Kral öz mesajında Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə baş vermiş sui-qəsd cəhdi ilə bağlı dəhşətə gəldiyini və dərin kədər hissi duyduğunu ifadə edib.
Əlahəzrət VI Məhəmməd bu dəhşətli hücumdan sonra öz dəstək və həmrəyliyini ifadə edərək “Sizin sağ-salamat olduğunuzu bilmək məni rahatlaşdırdı”, - deyib.
O, həmçinin siyasi zorakılığı qətiyyətlə pisləyərək Trampa mesajında bildirib: “Böyük millətinizə xidmət etməyə davam etməyiniz üçün tezliklə sağalmağınızı arzulayıram. Cənab Prezident, fikirlərim və dualarım Sizinlə, ailənizlə və bu kədərli hadisənin günahsız qurbanları ilədir”.
Pərvanə Sultanova




