
ABŞ-ın sabiq prezidenti və 2024-cü il seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp vitse-prezidentliyə namizədini bu gün açıqlayacağına söz verib.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Nəşrin müxbiri Bret Baierin sözlərinə görə, Tramp telefon danışığı zamanı partiyanın Miluoki şəhərində keçiriləcək qurultayında vitse-prezidentliyə namizədini elan edəcəyini təsdiqləyib.



