|
|
|
|
"Charmed" və "Beverly Hills 90210" serialı ilə tanınan məşhur amerikalı aktrisa Şennen Doherti 53 yaşında dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Dohertinin meneceri Leslie Sloane 2015-ci ildə döş xərçəngi diaqnozu qoyulan aktrisanın 53 yaşında dünyasını dəyişdiyini açıqlayıb.
"Uzun illər xəstəliklə mübarizə apardıqdan sonra Doherti xərçənglə mübarizədə məğlub oldu", - Sloane deyib.
Malik Atilay