|
|
|
|

"Alaska Airlines" aviakompaniyasının pilotu idarə etdiyi təyyarəni dağlıq ərazidə yerləşən aeroporta endirməkdən imtina edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, San-Fransiskodan Cekson-Houla uçan təyyarə sonda 466 km kənara - Solt-Leyk-Siti hava limanına üz tutub.
İmtinanın səbəbi pilotun təcrübəsiz olmasıdır. O, təyyarəni dağlıq bölgədə yerləşən enmə-qalxma zolağına endirmək üçün lazımi bilik və təcrübəsinin olmadığını bildirərək, sərnişinlərdən üzr istəyib və kursu dəyişib.
Sərnişinlər Solt-Leyk-Siti hava limanında 3 saat gözlədikdən sonra başqa pilot onları mənzil başına çatdırıb.
Qeyd edək ki, Cekson-Houl aeroportu dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Dağlıq ərazi və küləkli hava şəraiti bura təyyarə endirən pilotlardan yüksək bacarıq və peşəkarlıq tələb edir.
L.Tağıyeva



