|
|
|
|

ABŞ-nin Minnesota ştatında mağazalardan birində tragikomik hadisə yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs mağazanın bağlanmasına az qalmış ora daxil olub və üzərindəki pnevmatik tapançanı satıcıya tuşlayaraq pulları tələb edib.
Tələblə razılaşan və 8 yaşlı qızına görə narahat olan Leo adlı satıcı qarətçinin diqqətsizliyindən istifadə edərək, onun üzünə zərbə endirməyə macal tapıb. Daha sonra əlbəyaxa dava başlayıb və bu an qarətçi gözlənilmədən güclü zərbəyə məruz qalıb. Zərbəni endirən isə Leonun qızı olub. O, beysbol ağacı ilə cinayətkarı "sıradan çıxarıb".
Qeyd edək ki, az sonra polis qaçmağa macal tapan qarətçini yaxalayıb. 37 yaşlı cinayətkarın daha əvvəllər də eyni hərəkətə görə həbsdə yatdığı məlum olub.
L.Tağıyeva



