|
|
|
|

Arxeoloqlar Şvartsvald bölgəsinim, Qlotteral şəhərində 14-cü əsrə aidə xəzinə aşkar ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, xəzinədə 1500 gümüş sikkə var.
Hələ mayda əvvəlcə fəhlələr evlərin birinin üzgüçülük hovuzuna su xətti çəkərkən, az sonra isə evin sahibəsi daha bir neçə sikkə tapmışdı. Lazımi yerlərə məlumat verildikdən sonra əraziyə arxeoloq Andreas Haasis-Berner gəlmiş və metalaxtaranla xəzinəni aşkar etmişdi. Xəzinədə təxmini 1500 sikkə var idi.
Mütəxəssislərin araşdırmasından sonra sikkələrin 14-cü əsrdə döyüldüyü məlum olub.
Yeri gəlmişkən, bu, 1949-cu ildən bəri Almaniya ərazisində tapılmış ən böyük xəzinədi. 75 il əvvəl Frayburq yaxınlığında aşkarlanmış xəzinədə 1280-ci ildə istehsal edilmiş 5000 gümüş sikkə var idi.
L.Tağıyeva



