|
|
|
|

ABŞ-nin Kaliforniya ştatınında ictimai çimərliklərdən biri qeyri-adi səbəbdən fəaliyyətini dayandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Monterrey şəhərinin San-Karlos çimərliyinin sahilinə yüzlərlə dəniz aslanı çıxıb. Digər adı qulaqlı suiti olan bu dəniz məməliləri insanların böyük diqqətinə səbəb olub. Çimərlik rəhbərliyi dəniz aslanlarının olduğu ərazini çəpərləsələr də, insanların onlara yaxınlaşmasının qarşısını ala bilməyiblər.
ABŞ qanunlarına görə, dəniz heyvanlarına çox yaxın getmək qadağandır. Bu, onların qorxmasına və olduqları yeri tərk etmələrinə səbəb ola bilər. Bu üzdən suitilərin rahatlığı üçün çimərlik qapadılıb.
Yeri gəlmişkən, Monterrey-Bey Milli Dəniz Qoruğunun mütəxəssislərinin fikrincə, dəniz aslanlarının San-Karlosda 3-4 həftə qalacaqları ehtimal edilir. Onların bu ərazini seçmələrinin səbəbi isə güman ki, qida rasionunun rəngarəngliyidir.
L.Tağıyeva



