|
|
|
|

Rusiyanın Rostov vilayətində yanacaq anbarında baş verən yanğın 5 gündür ki, söndürülə bilmir.
525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinin yerli mənbələrə istinadən verdiyi məlumata görə, avqustun 18-də Rostovda Proletarsk yanacaq anbarında baş vermiş yanğının söndürülməsi işlərində 500-dən çox yanğınsöndürən iştirak edərkən, iş zamanı 47 yanğınsöndürən xəsarət alıb.
Rostov qubernatoru Vasili Qolubyev bildirib ki, yanğın Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatının vurulduqdan sonra obyektə düşməsi səbəbindən baş verib.
Rusiya sosial media platformalarında yayılan görüntülərdə yanğının yaratdığı tüstünün geniş əraziyə yayıldığı görünüb.
Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədindəki yanacaq obyektləri tez-tez PUA hücumlarına məruz qalır.
Malik Atilay



