Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Tahir Qüvvətovun cinayət işi üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyeva sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror Tahir Qüvvətovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.