|
|
|
|
Söhbət 2022-ci ilin yanvar ayında Texas ştatında yoxa çıxmış Şoto ləqəbli pişikdən gedir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Karla adlı qadın pişiyini çox axtarsa da, bir müddət sonra itki ilə razılaşmalı olub.
Üstündən 2 il keçdikdən sonra Massaçusets ştatının sakinlərindən biri küçədə heydən düşmüş pişiyi "Dakin Humane Society" heyvan sığınacağına gətirib. Pişiyi müayinə edən əməkdaşlar onun dərisinin altında mikroçip olduğunun fərqinə varıblar. Orada ünvan, pişiyin adı və sahibinin telefon nömrəsi var imiş.
Dərhal Karla ilə əlaqə saxlayan əməkdaşlar ona xoş xəbər verdikdən 26 saat sonra 2 illik ayrılıq başa çatıb.
Qeyd edək ki, hadisədən hali olanlar hələ də Şotonun 3 min km məsafəni necə qət etməsi üstündə baş sındırırlar.
L.Tağıyeva