|
|
|
|
Ukraynanın Rivnensk əyalətinin 28 yaşlı sakini ölkəni tərk etmək üçün qəribə üsula əl atıb.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, görmə qabiliyyətini itirmiş 1-ci qrup əlil olan qaynanası ilə evlənib.
Sərhəd-keçid məntəqəsində gömrükçülər tərəfindən sorğu-sual edilərkən, böyük aktyorluq qabiliyyəti nümayiş etdirsə də, kələyinin üstü açılıb.
Məlum olub ki, "gənc ailə" bundan əvvəl daha bir neçə dəfə müxtəlif yerlərdə ölkəni tərk etmək istəyiblər, amma alınmayıb. Üstəlik, bəyin əsl həyat yoldaşının 2 gün əvvəl Varşavaya getdiyi də müəyyən olunub.
Hər halda, təzə bəy ölkədən buraxılmayıb və saxlanılıb.
Qeyd edək ki, bu tip hadisə ilə ölkədə ilk dəfə deyil ki, rastlaşılır. Məsələn, bir müddət əvvəl 41 yaşlı İvano-Frankovsk sakini özündən 5 yaş böyük 2-ci qrup əlilliyi olan qadınla evlənərək, müalicə adı ilə ölkədən çıxmağa cəhd göstərmişdi. Daha bir halda isə 18 yaşlı gənc 19 yaşlı anadangəlmə əlil qızla izdivac bağlamışdı ki, eyni bəhanə ilə ölkə xaricinə qaçsın.
L.Tağıyeva