|
|
|
|

Yaponiyada sığınacaqdan qaçan pinqvin 2 həftə sonra 30 km aralıdan tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Himaka adasında xüsusi torla əhatələnmiş ərazidə üzən pinqvin hansısa yolla okeana çıxa bilib.
Ömrü boyu azadlıqda yaşamayan 6 yaşlı "Pen-tyan" ləqəbli pinqvinin okeanda sağ qalmayacağından əmin olan işçilər 2 həftə boyunca onu axtarıblar.
Sonda sahildən 30 km məsafədə tapılan quş sığınacağa qaytarılıb.
Qeyd edək ki, "Pen-tyan"ı müayinə edən veterinarlar onun tam sağlam olduğunu və hansısa xəsarət almadığını bildiriblər.
L.Tağıyeva



