Braziliyanın Rui-Qrandi-du-Sol ştatının sakinləri qeyri-adi təbiət hadisəsini müşahidə ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda bir neçə şəhərdə qara rəngli yağış yağıb.
Meteoroloqlar bunun səbəbinin sadə olduğunu açıqlayıblar. Belə ki, ərazidə bir neçə gün davam edən meşə yanğınları nəticəsində havaya külli miqdarda tüstü və kül qalxıb. Havada su damçılarına hopan kül və tüstü nəticədə yağışın rənginin "qaralmasına" səbəb olub.
Qeyd edək ki, mütəxəssislər yaxın bir neçə gündə də qara yağışların müşahidə olunacağını bildiriblər.
L.Tağıyeva